Logo

Yapı Kredi Bank Azərbaycanın İŞ elanları

Yapı Kredi Bank Azərbaycanın İŞ elanları
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yapı Kredi Bank Azərbaycan vakansiya elan edib.

Sfera.az elan edilmiş vakansiyanı nəzərinizə çatdırır:

Daxili Audit üzrə köməkçi / mütəxəssis / baş mütəxəssis

Tələblər:

 İqtisadiyyat, Maliyyə, Mühəndislik, Mühasibat və Audit fakultələri üzrə ali təhsil.

 Mükəmməl dərəcədə ingilis dili biliyi (müvafiq hesabatların ingilis dilində hazırlanması üçün), həmçinin

Türk dili bilikləri

 Excel, Powerpoint, Access, Word ofis proqramları biliyi;

 Beynəlxalq audit sertifikatlarına malik olan namizədlərə üstünlük veriləcəkdir (CIA, CFSA, CFE…);

 Daxili Audit üzrə köməkçi vəzifəsi üçün – audit və bank sahəsində ən azı 1-2 il iş təcrübəsı.

 Daxili Audit üzrə mütəxəssis vəzifəsi üçün – audit və bank sahəsində ən azı 2-5 il iş təcrübəsı.

 Daxili Audit üzrə baş mütəxəssis vəzifəsi üçün – audit və bank sahəsində ən azı 5 il iş təcrübəsi.

Əsas iş funksiyaları:

 Normativ-hüquqi aktların və bankdaxili qaydaların icra vəziyyətinin, bütün struktur bölmələrin və

filiallarının fəaliyyətinin, bütün növ bank əməliyyatlarının auditini həyata keçirmək;

 Risk əsaslı audit yoxlamalarının həyata keçirilməsi, nəticələr haqqında hesabatlar hazırlamaq;

 Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata

keçirmək;

 Daxili audit yoxlamaları zamanı saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq;

 Ehtiyac olduqda saxtakarlıq hadisələrin araşdırılmasında iştirak etmək;

Proseslərin idarəedilməsi  üzrə əməkdaş

Tələblər:

 Bank sahəsində ən azı 2 il iş təcrübəsi;

 İqtisadiyyat, biznesin idarəedilməsi və İT sahəsi üzrə ali təhsil;

 İngilis, türk, rus dili biliklərinə üstünlük verilir;

 Ofis proqramlarında işləmək bacarığı;

 Bank proseslərinin iş axışları, bank qanunvericiliyi barədə məlumatlı olmaq;

 Məlumatı toplamaq və təhlil etmək bacarığı / Analitik düşüncə / Təqdimetmə bacarığı / Komanda ilə işləyə

bilmək.

Cavabdehlik:

 Bankın iş axışlarının sənədləşdirilməsi;

 Bank proseslərinin yerli qanuvericilik ve struktur bölmələrin tələbləri əsasında yazılması;

 İT qrupları ilə birlikdə kiçik istək/Orta ölçülü layihə/ Böyük ölçülü layihə sinifləşdirməsini həyata

keçirmək;

 Qanunvericiliyə riayət üzrə proses dəyişikliklərində təşəbbüslə çıxış etmək, dəyişikliyin banka təsir təhlilini

bankın strukturlarının dəstəyini alaraq aparmaq və texniki dəyişikliklər üçün IT ilə koordinasiyalı

planlaşdırma işlərini həyata keçirmək;

 Orta və böyük ölçülü sistem tələblərini "business hub” prinsipinə uyğun yaratmaq (ətraflı proses təhlili,

biznes qərarları, digər layihə və proseslərlə qarşılıqlı əlaqələr, müştəri və satış/əməliyyata olan təsirlərini

təhlil etmək);

 Məsul olduğu prosedur sənədləri üçün, "business impact” - in və "business case” - in yaradılaraq,

layihələrin təsir etdiyi struktur bölmələrin digər tələblərini gözdən keçirmək və bir-biri ilə olan əlaqələrini

müəyyənləşdirmək;

 Sistem səlahiyyət qruplarını istifadəçilərə vermək/ləğv etmək, istifadəçi yaratmaq / dəyiştirmək /

silmək, səlahiyyət qrupu yaratmaq / dəyiştirmək / silmək

CV-lərinizi [email protected] ünvanına göndərmənizi xahiş edirik.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR