Azərbaycan Gürcüstana ucuz qiymətə daha çox qaz təklif edir
Kateqoriya məlum deyil
Gürcüstan hökuməti fevralın əvvəlində qaz nəqli ilə bağlı Azərbaycandan yeni təklif alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tabula TV” məlumat yayıb.
"SOCAR-ın əlavə olaraq 500 mln. kubmetr qaz nəql etməyə və "Şahdəniz”boru kəməri vasitəsilə tədarükü təmin etməyə hazır olduğunu bildirib. Eyni zamanda, SOCAR qiymətin aşağı salınması üçün danışıqlara hazırdır”, - Gürcüstanın Neft və Qaz Korporasiyasındakı mənbə xəbər verir.
Azərbaycan qazının tədarükünə dair danışıqların getdiyi məlumdur. Fevral ayının 29-da Gürcüstanın energetika naziri Kaxa Kaladze Bakıya gələcək və əvvəlcədən bəyan etdiyi kimi gürcü tərəfinin mövqeyi bu görüşdən sonra tamamən aydın olacaq.