Logo

Nəsimi rayonu 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2019-cu ilin yekunlarını müzakirə edib

Nəsimi rayonu 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2019-cu ilin yekunlarını müzakirə edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və

qayğı nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il

görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata

keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati

ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat

xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Holiday Inn

otelində  keçirilən 2019-cu ilin yekunlarına həsr olunan yığıncağında müzakirə

olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1

saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəybala Quliyev bildirmşdir ki,

ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 1

nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra

abadlıq işləri aparılmış, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir

olunmuş, «Abad həyət» və "Bizim Həyət" layihələri  çərçivəsində geniş işlər

görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli

keçirilməsi və  istirahəti üçün mövcud parklarda və binaların həyətlərində  yeni

skamyalar, yeni söhbətgahlar qoyulmuş, uşaqlar üçün əyləncəli idman qurğuları

quraşdırılmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və

rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təmirsiz həyətlərin

abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində Nəsimi rayonu

Rəşid Məmmədov küçəsi 23, 25 və 27 nömrəli binaların , Hüseyn Seyidzadə 20,

22, 24, 26, 28 nömrəli binaların, Asif Məhərrəmov küçəsi 34, 38,42 və 46

nömrəli binaların, Moskva prospekti 46, 48, Cavadxan küçəsi 1 ünvanlardakı

həyətləri abadlaşdırılaraq yenidən qurulmuşdur. Bu ünvanlardakı binaların

fasadları təmir olunub, pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib yenisi ilə əvəz

olunub, giriş qapıları yeni dəmir qapılarla əvəz olunmuşdur. Burada müxtəlif oyun

elementləri quraşdırılıb, idman meydançaları salınmış, söhbətgahlar

quraşdırılmışdır. Abadlaşdırılan həyətlərdə yaşıllaşdırma işləri aparılmış və

həyətlərə həmişəyaşıl ağaclar və gül kolları əkilmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan

olmasının 96 illiyi ərəfəsində  rayonun müxtəlif  ərazilərində, mövcud parklarda və

yaşıllıq zolaqlarında ağac və gül əkmə  kompaniyası keçirilmişdir. Nəsimi rayon

İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin

nümayəndələri tərəfindən  rayonun küçələrində, mikrorayonlar ərazisində, 4-cü

mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında, Asif Məhərrəmov küçəsindəki

parkda  və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında ağaclar və gül

kolları əkilmişdir.

Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov

bildirmişdir ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf

konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və

rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra

edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur.

Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli

işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar

və xiyabanlar, şəhərimizin arxitektura  simasının günü-gündən gözəlləşməsi və

müasirləşməsi  burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin

yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng

quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl

şəhərlərindən birinə çevirilmişdir. 2019-cu ildə Nəsimi rayonunda görülən işlər və

həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd

etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq

quruculuq işləri davam edəcəkdir.

Natiq çıxışına davam edərək bildirmişdir ki, Ölkə başçısının müvafiq

tapşırığına uyğun olaraq 2019-cu il fevral ayında respublikamızın bütün

bölgələrində olduğu kimi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli

Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazisində yerləşən 20 saylı

poliklinikada da əhalinin tibbi müayinədən keçirilməsi həyata keçrilmişdir.

Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Nəsimi rayon İcra

Hakimiyyəti tərəfindən respublikamızın gözəl guşələrindən olan Qusar rayonunda

rayonumuzun ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 200-dən çox

şagirdin istirahəti təşkil olunmuşdur. Eləcə də "Ölkəmizi tanıyaq" layihəsi

çərçivəsində Nəsimi rayon məktəbliləri respublikamızın bir sıra rayonlarına səfər

etmişlər. Məktəblilərin yay tətili gunlərində onların asudə vaxtlarının daha maraqlı

və yaddaqalan olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən onlar üçün

müxtəlif ekskursiyalar və tədbirlər təşkil edilib keçirilmişdir.

Hesabat  yığıncağında təqaüdçü Mahmudov İbrahim, 20 yanvar əlili Rayi Rza,

20 nömrəli şəhər poliklinikasının müalicə işləri üzrə müavini Həsənova Nəzakət və

başqaları çıxış edərək   respublikada, o cümlədən Nəsimi rayonunda  aparılan

quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrin,

aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirərək görülən

işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və

Azərbaycan  Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

öz dərin minnətdarlıqlarını bildirmişlər. Hesabat yığıncağında sakinləri

maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin sonunda ərazinin təmizliyi ilə məşğul olan Nəsimi rayon MKTB-nin

bir qrup əməkdaşı mükafatlandırılmışdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR