Logo

Bu rayonlarda hamının evində qaz var – SİYAHI

Bu rayonlarda hamının evində qaz var – SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ötən il Azərbaycanda qazlaşdırma səviyyəsi 100%-ə çatdırılan rayonların adları açıqlanıb.
Sfera.az xəbər verir ki, Energetika Nazirliyindən APA-ya verilən məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
"Görülmüş işlər nəticəsində Sumqayıt, Mingəçevir, Gəncə, Naftalan, Şirvan şəhərlərində, Füzuli, Biləsuvar, Qazax, Balakən, Hacıqabul və Abşeron rayonları üzrə qazlaşma səviyyəsi 100%-ə çatdırılıb. Digər rayonların tam qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir”, - deyə məlumatda bildirilir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR