Logo

Azərbaycanlı donuz qripindən öldü

Azərbaycanlı donuz qripindən öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada Azərbaycan vətəndaşı "donuz qripi"ndən ölüb. Anspress-in məlumatına görə, ölüm faktı Yamalo-Nenetsk Muxtar Vilayətinin Noyabrsk şəhərində qeydə alınıb. Bu adıçəkilən vilayətdə epidemiyanın səbəb olduğu ikinci ölüm faktıdır. Ölən kişinin 53 yaşı var. "Səbəblər ilk faktda olduğu kimidir - ilk 7 gün ərzində özünü müalicəyə cəhd, tibbi xidmətə gec, 8-ci gündə müraciət". Rusiya İstehlakçıların hüquqlarının müdafiəsinə nəzarət federal xidmətinin vilayət  üzrə nümayəndəsi Lyudmila Neçepurenko bu barədə məlumat verib.

Vilayətdə А/H1N1 virusundan ilk ölüm halı ötən ilin noyabr ayında qeydə alınmışdı. Ölümə səbəb isə xəstəliklə bağlı həkimə edilən gec müraciət olmuşdu.

Lyudmila Neçepurenko

Ümumiyyətlə Noyabrsk şəhərində son bir həftədə 1738 nəfər həkimə müraciət edib. Onlardan 11- nəfərdə А/H1N1 virusu aşkar edilib.

Ümumiyyətlə Azərbaycanın yaxın qonşuları olan Rusiya,Türkiyə,İran, Gürcüstanda adıçəkilən xəstəliklə bağlı onlarla ölüm hadisəsi və yoluxma olub. Azərbaycan səhiyyəsi isə narahatlığa lüzum görmür və "Donuz qripi"nin ölkəmizdə yayılma ehtimalının olmadığını deyirlər.Səhiyyə Nazirliyininmətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova deyib ki, nazirlik hər an belə halları nəzarət altında saxlayır. "Nazirlik təkcə virusların yayıldığı vaxtda deyil, ümumiyyətlə, hər zaman mövcud xəstəlikləri nəzarətdə saxlayır və bu istiqamətdə vaxtaşırı lazımi tədbirlər görülür".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR