Logo

LAMİYƏ İSAZADƏ: “BU BİRBAŞA AZƏRBAYCAN DÖVLƏTİNƏ HAQSIZLIQ OLACAQ”

LAMİYƏ İSAZADƏ: “BU BİRBAŞA AZƏRBAYCAN DÖVLƏTİNƏ HAQSIZLIQ OLACAQ”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xocalı soyqrımı, Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Azərbaycan xalqı bu soyqırım zamanı minlərlə şəhid qurban vermişdir. Xalqımız tarixi torpaqlarından qovulmuş qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının sərsəm bir ideyasını həyata keçirmək cəhdi, kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyirdi və bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirdilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri oldu.
Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər məqsədi isə ümumiyyətlə Xocalını yer üzərindən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. 1992-ci il 26 fevral Xocalı soyqırımı epizodları insanı dəhşətə gətirir. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başlarının dərisini soymuş, baş və bədənlərinin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar.
Bu vəhşiliyə biz göz yuma bilmərik. Bu faciəni yox saya bilmərik. Əsrlər keçsə də, biz bu faciəni unuda bilmərik. Ermənistanın hərbi-siyasi təcavüzü, dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Və cəzasız qalmamalıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Ümid edirəm ki, BMT, Avropa İttifaqı və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatlar ermənilərin bu təcavüzkarlığına və özbaşınalığına laqeyd qalmayacaq, yaxın gələcəkdə bir tədbir görəcəklər. Əgər heç bir tədbir görülməsə, bu birbaşa Azərbaycan dövlətinə haqsızlıq olacaq.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR