Vüqar Zeynalov Badamdarda sürüşmə baş verən əraziyə gəlib - FOTO
Kateqoriya məlum deyil
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdarda sürüşmə baş verən əraziyə gəlib.
Sfera.az bildirir ki, V. Zeynalov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirib.
Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Səbail rayonunun Badamdar qəsəbəsində torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb. (apa)






