Logo

“Kristal Abşeron” cərimələnib

“Kristal Abşeron” cərimələnib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. O qeyd edib ki, sözügedən əraziyə keçirilən baxış zamanı 1 ədəd söyüdağacının kəsildiyi aşkar edilib.

"Araşdırma zamanı ağacın "Kristal Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və 1800 manat məbləğində ziyan müəyyən edilib”, - deyə İ.İbrahimova bildirib. (apa)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR