Logo

Ölkə ərazisində 20 dərəcə isti olacaq

Ölkə ərazisində 20 dərəcə isti olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda və Abşeron yarımadasında fevralın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumat xəbər verir ki, sabah paytaxt və yarımadada mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-17 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR