Logo

“Qan yaddaşımız Xocalı” adlı anım tədbiri keçirilib - Bakı Ali Neft Məktəbində

“Qan yaddaşımız Xocalı” adlı anım tədbiri keçirilib - Bakı Ali Neft Məktəbində
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Ali Neft Məktəbində (BANM) Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş "Qan yaddaşımız Xocalı” adlı anım tədbiri keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, Qarabağ və Əfqanıstan müharibələrinin iştirakçısı, "Qırmızı ulduz” ordenli, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə və muzeyin əməkdaşları, Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Təbdirdən öncə Ali Məktəbin Akt zalının önündə Xocalı soyqırımından bəhs edən rəsm əsərlərinin, kitab və müxtəlif təbliğat materiallarının sərgisi nümayiş olunub.

Tədbirdə Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ali Məktəbin rektoru Elmar Qasımov Xocalı soyqırımının mənfur erməni millətçiləri tərəfindən əsrlər boyu xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən, ən qəddar və amansız terror hadisələrindən biri olduğunu deyib. O, bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusuna məxsus alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan ediblər, əliyalın, dinc əhalini, uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər və ya girov götürüblər.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, Qarabağ və Əfqanıstan müharibələrinin iştirakçısı, "Qırmızı ulduz” ordenli, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə "Xocalı – bəşəriyyətə qarşı çevrilmiş cinayət” mövzusunda məruzə ilə çıxış edib.

Sonda Xocalı faciəsinə həsr olunmuş "1992-ci ilin qarı” adlı qısametrajlı sənədli film nümayiş olunub.

“Qan yaddaşımız Xocalı” adlı anım tədbiri keçirilib - Bakı Ali Neft Məktəbində
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR