Moskvada karantin elan edildi - Donuz qripiylə bağlı
Kateqoriya məlum deyil
Moskvada donuz qripi epidemiyası və tənəffüs yollarının kəskin respirator infeksiyaları ilə əlaqədar karantin elan edilib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, artıq 4 nəfərin paytaxtda donuz qripindən öldüyü bildirilir. Bu səbəbdən 800 məktəb və 600 uşaq bağçasında fevralın 1-nə kimi tətil elan edilib.
Moskva əyalətində ötən həftə qripə yoluxanların sayı 41-i donuz qripi (A(H1N1) ) olmaqla, 64 mini keçib. Bu isə epidemiya həddindən yarım dəfə çoxdur.






