YAP-ın namizədi Elnur Allahverdiyev imzatoplama kampaniyasın uğurıa davam etdirir
"İmzatoplama kampaniyamız uğurla davam edir. Hər evdə bir sevgi, hörmət, hər ünsiyyətimizdə sadə vətəndaşların gələcəyə nə qədər böyük ümidlə baxdıqlarını görürük".
Sfera.az xəbər verir ki, bu sözləri 2020-ci il 9 fevral tarixinə təyin edilmiş növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürmək üçün imzatoplama kompaniyasına davam edən Yeni Azərbaycan Partiyasından namizədliyini vermiş Elnur Allahverdiyev özəl sosial şəbəkə hesabından etdiyi paylaşımda bildirib.
Allahverdiyev vətəndaşın dövlətə və iqtidara inamının səmimi və güclü olduğunu bildirməklə yanaşı, ölkədə aparılan islahatların davamlı olacağına əminliyini ifadə edib.
Sözügedən paylaşımı diqqətinizə çatdırırıq:
İmzatoplama kampaniyamız uğurla davam edir. Hər evdə bir sevgi, hörmət, hər ünsiyyətimizdə sadə vətəndaşların gələcəyə nə qədər böyük ümidlə baxdıqlarını görürük. İnsanlar bu seçkilərin ölkədə aparılan islahatların davamı olduğuna əmindirlər. Azərbaycan vətəndaşının dövlətə, iqtidara inamı həmişəki kimi güclü və səmimidir. Bizi qələbəyə aparan əsas amil də elə bu inam, bu səmimiyyət olacaq!






