Logo

Bakcell və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqlar üçün bayram şənliyi təşkil edib

Bakcell və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqlar üçün bayram şənliyi təşkil edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakcell şirkəti və "ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqlar üçün Yeni İl münasibətilə

bayram şənliyi təşkil edib.

"ASAN Məktub” layihəsinin "Bakcell”in tərəfdaşlığı və "Personaj Agency”nin dəstəyi ilə keçirilmiş

növbəti təşəbbüsünün məqsədi leykemiyadan əziyyət çəkən 35 uşağa bayram sevincini bəxş

etmək idi. B.Eyvazov adına Azərbaycan Elmi Tədqiqat Hematologiya və Transfuziologiya

İnstitutunda müalicə alan uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq üçün buraya səfər təşkil

edilib, balacalara hədiyyələr təqdim olunub.

"ASAN Könüllüləri” Təşkilatının "ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid

olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da

artırmaqdır. Layihə çərçivəsində uşaqların yazdığı məktublar www.asanmektub.az saytına

yerləşdirilir və onların arzu və istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən

gerçəyə çevrilir. Bakcell şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir.

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək, onlar üçün bərabər hüquqların, inklüziv

təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə

uşağa dəstək göstərib. "ASAN Məktub” layihəsi ilə uzunmüddətli tərəfdaşlıq Bakcell şirkətinə

uşaqları sevindirmək və onların saf arzularını həyata keçirmək üçün daha böyük imkan yaradıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR