Logo

“Bakcell”in Ulduzum proqramı abunəçilərə əlavə güzəştlər qazandırır

“Bakcell”in Ulduzum proqramı abunəçilərə əlavə güzəştlər qazandırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakcell şirkəti öz abunəçilərinə Azərbaycanda ən geniş əhatə dairəsi və ən sürətli mobil internet

xidməti ilə yanaşı, istehlak bazarının demək olar ki, bütün seqmentlərində əlavə fürsət və

üstünlüklər təklif edir.

Ölkənin ən irimiqyaslı loyallıq proqramlarından biri olan "Ulduzum”dan istifadə edən Bakcell

abunəçiləri 350-dən çox yerli və beynəlxalq tərəfdaşın 500-dən artıq satış və xidmət nöqtəsində

eksklüziv endirimlərdən yararlanırlar. Proqramın istifadəçiləri məşhur restoran və otellər, nüfuzlu

geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə

mərkəzləri, kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri, beynəlxalq

çatdırılma və hətta aviaşirkətlərin təklif etdiyi özəl kampaniyalar və endirimlərdən istifadə

imkanına malikdirlər.

"Ulduzum” tərəfdaşlar şəbəkəsinə beynəlxalq elektron ticarət və çatdırılma xidməti sahəsinin ən

uğurlu şirkətlərdən biri olan "Mover.az” da daxildir. Bu əməkdaşlıq sayəsində Bakcell abunəçiləri

"Ulduzum” kodu vasitəsilə Türkiyədən olan bütün çatdırılmalara 10% endirim qazanırlar.

Kitabsevərlər də "Ulduzum” proqramından yararlanır, çünki proqram tərəfdaşlarının geniş

siyahısına Azərbaycanın ən populyar kitab mağazaları şəbəkələrindən biri olan "Libraff” da

daxildir. Belə ki, Bakcell abunəçiləri "Ulduzum” kodu vasitəsilə "Teas Press”, "3 alma” və "YaY”

nəşriyyatlarının kitablarına 10% endirim əldə edirlər.

Geniş "Ulduzum” şəbəkəsinə həmçinin ölkənin iri bankları da daxildir. 31 dekabr 2019-cu il

tarixinədək qüvvədə olan kampaniya çərçivəsində Bakcell abunəçiləri "Ulduzum” kodundan

istifadə edərək "NBCBank”dan pulsuz multivalyuta Gold kartını əldə edə bilərlər.

Qeyd edək ki, bir müddət əvvəl Bakcell yenilənmiş "Ulduzum” mobil tətbiqetməsini istifadəyə

verib. Mobil tətbiqeməni yükləmiş Bakcell abunəçiləri bu proqramın tərəfdaşlarını asanlıqla tapıb,

endirim kodlarını əldə edə, mövcud təkliflər və yeniliklər barədə məlumat ala bilərlər. Həmçinin,

yeni tətbiqetmə sayəsində istifadəçilər qənaət olunmuş məbləğlər, qoşulduqları kampaniyalar,

qazanılan "keşbeklər”, gün ərzində istifadə edilməyən kodlar və digər üstünlüklər barədə

məlumat ala biləcəklər. Yeni tətbiqetmə həmçinin müxtəlif oyunlarda iştirak etmək və hədiyyə

qazanmaq imkanı verir.

Proqram haqqında ətraflı məlumatı www.ulduzum.az səhifəsindən almaq mümkündür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR