Logo

Vilayət Eyvazov Ramil Usubovun oğluna vəzifə verdi

Vilayət Eyvazov Ramil Usubovun oğluna vəzifə verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili işlər orqanlarında yeni təyinat olub.

Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Raul Usubov Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Raul Usubov sabiq Daxili İşlər naziri, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun oğludur.

Raul Usubov bu təyinata qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışıb.

Xatırladaq ki, R.Usubovun təyinatı ilə bağlı ilk xəbəri "Bakupost.az" saytı yayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR