Logo

BDU-da tələbələr etiraz aksiyası keçirdi: Binadan plakat asdılar - FOTO

BDU-da tələbələr etiraz aksiyası keçirdi: Binadan plakat asdılar - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Bakı Dövlət Universitetində bir qrup tələbə aksiya keçirib.

Sfera.az xəbər verir ki, onlar ali təhsil müəssisəsinin 2 saylı korpusunda "Pulsuz təhsil” şüarlı plakat asıblar.

Sosial mediada paylaşılan foto ilə bağlı sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəzi şəxslər universitetdə rüşvətin olmadığını, bəziləri isə müəllimlərdən qiymət almaq üçün pul verildiyini bildiriblər.

Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti neft-qaz ölkəsində vətəndaşlar üçün ödənişli təhsilin olmasını qınayıblar.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetindən açıqlama almaq mümkün olmayıb. (Bizimyol.info)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR