Logo

İlin sonunadək daha 3 rayonda "ASAN xidmət" mərkəzi açılacaq

İlin sonunadək daha 3 rayonda "ASAN xidmət" mərkəzi açılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu yaxınlarda Şamaxıda "ASAN xidmət" mərkəzinin açılışı oldu. Dövlət başçısının əsas tapşırığı budur ki, "ASAN xidmət" qısa müddətdə bütün regionları əhatə etməlidir".

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, ilin sonuna qədər Kürdəmir, Ağcabədi və Tovuzdakı "ASAN xidmət" mərkəzlərinin açılışı nəzərdə tutulur: "Eyni zamanda da yaxın zamanlarda MyGov portalı üzərindən göstərilən elektron xidmətlərin sayı artırılacaq”. (APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR