Logo

Xocalı soyqırımı ilə bağlı 39 nəfər axtarılır

Xocalı soyqırımı ilə bağlı 39 nəfər axtarılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xocalı soyqırımında təqsirli bilinən 39 nəfər barəsində soyqırımı və digər ağır maddələrlə məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib, onlar axtarışa verilib. 
Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə yaradılan İstintaq Qrupunun üzvü Ələkbər Xəlilov deyib.
O qeyd edib ki, axtarışa verilənlərdən 18 nəfəri 366 motoatıcı alayın hərbçiləri olub: 
"Onların arasında erməni, rus və başqa millətlərdən olan şəxslər var. Eyni zamanda, axtarışa verilənlər arasında Xankəndi və Əsgəran polis idarəsinin əməkdaşları da var”.
Ə.Xəlilov əlavə edib ki, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR