Logo

"Range Rover”lə qəzaya düşən Hacı Mazandan XƏBƏR VAR

"Range Rover”lə qəzaya düşən Hacı Mazandan XƏBƏR VAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunda ağır qəzaya düşən iş adamı Hacı Mazan (Ramazan Əliyev) Almaniyada müalicəsini davam etdirir.

Sfera.az xəbər verir ki, Hacı Mazannın oğlu Bayram Zeynalov unikal.org-a açıqlamasında bildirib ki, atasının səhhətində irəliləyiş var:

"Allaha çox şükür yaxşıdır. Almaniyada müalicəsi davam etdirir. Onun vəziyyəti stabilləşib, alqalıdır və danışa bilir".

Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”ində qəzaya uğrayıb. Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR