Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırıldı
Kateqoriya məlum deyil
Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşdırılıb.
Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyinə məlumat verilib.
"Bu səbəbdən, ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda, sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.






