Samir Şərifov neftin qiyməti haqda təklifini açıqladı
Kateqoriya məlum deyil
"Xam neftin 1 barrelinin satışı müəyyənləşdirilmiş proqnozdan iki dəfə az, yəni 25 dollar səviyyəsində təklif edilir”.
"Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə "2016-cı il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, neftin dörd dəfə ucuzlaşmasından, manatın devalvasiyasından və üzən məzənnəyə keçilməsindən sonra 2016- ci ilin dövlət və icmal büdcəsinin yenidən dəyərləndirilməsi, yeni maliyyə mənbələrinin axtarılması zərurəti ortaya çıxdı: "Bunun özü də inflyasiya risklərini artırdı”.
Nazir əlavə edib ki, dövlət büdcəsində artım qeyri-neft sektorundan daxilolmaların payına düşəcək.
***
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə çıxışında qeyd edib ki, Vergilər Nazirliyi tərəfindən büdcəyə daxilolmalar 127 milyon manat, Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmalar 187 milyon manat məbləğində proqnozlaşdırılır. O həmçinin bildirib ki, dövlət büdcəsinin xərcləri indiki reallıqda daha şəffaf, ünvanlı olmalıdır: "Bununla bağlı dövlət başçısı da aidiyyatı orqanlar qarşısında çox sərt tələblər qoyub. Büdcənin ünvanlılığı vəsaitlərin xərclənməsi zamanı qənaətcil olmasından keçir”.