Logo

Yevda Abramov harada dəfn olunacaq?

Yevda Abramov harada dəfn olunacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisin ötən gün vəfat edən deputatı Yevda Abramov doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunacaq.

Sfera.az bildirir ki, bunu report-a açıqlamasında Yevda Abramovun qızı Bəsti Yusifova deyib.

O bildirib ki, atası ilə vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək.

Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunurdu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR