Logo

Fond birjası: nələri bilmək gərəkdir?

Fond birjası: nələri bilmək gərəkdir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fond birjasında altı illik təcrübəsi olan investorların narahat olduqları məsələlər heç də az deyil. Vladimir Putin və Yunanıstandan tutmuş neft qiymətlərinin kəskin düşməsinə qədər mütləq nəsə fond birjasını qarışdırmalıdır, elədirmi? Hər halda Uol Stritin yaxşı vaxtları sonsuza qədər davam edə bilməz. Ancaq səhmlərlə bağlı vəziyyətin necə olacağını bilmək üçün diqqəti bazarda irrasional yox, əsl riskləri yaradan amillərə yönəltmək lazımdır.

İstiqrazların yox, səhmlərin qiymətlərinin artması ilə bağlı qorxu: Bəli, səhmlərin qiyməti 2009-cu ildə aşağı səviyyəyə düşdükdən sonra 200 faizdən çox qalxıb. Dow Jones indeksi yenidən 18000-dən yuxarı qalxıb, S&P 500 indeksi isə yeni rekord həddə çatıb.

Fond birjası: nələri bilmək gərəkdir?

Ancaq bu il üçün səhmlərin vəziyyəti o qədər də müsbət görünmür. Qoyulan qiymətlərin yuxarı olduğu görünsə də, həddindən artıq yüksək deyil. Səhm qiymətlərinin yüksək olması üçün tutarlı səbəblər var: ABŞ-ın iqtisadiyyatı da inkişaf edir, əmək bazarı nəhayət güclənir və korporativ gəlirlər rekord qırmağa davam edir.

Fond birjasını tənzimləmək isə daha çətindir. ABŞ-ın 10 illik xəzinədarlıq istiqrazlarının gəlirliliyinin ən aşağı səviyyəyə düşməsi ehtimalı çoxdur. Bu, adətən, səhm qiymətlərinin yuxarı olduğu vaxtlar yox, bazarda durğunluq olduqda baş verir.

Digər ölkələrdə vəziyyət daha qəribədir. Qısa müddət bundan əvvəl Avrozonadan çıxacağı ilə bağlı şayiələr olan Portuqaliyanın 10 illik istiqrazlarının gəlirliliyi ötən həftə 2,3 faiz olmaqla rekord həddə aşağı düşüb. 2012-ci ildə isə bu göstərici 16 faiz idi.

Fond birjası: nələri bilmək gərəkdir?

Belçika, Danimarka, Fransa, Yaponiya, Niderland və İsveçrədə bu gəlirlər faktiki olaraq kəskin şəkildə azalıb. İnvestorlar əsas etibarilə bu dövlət istiqrazlarını, hətta bəzi korporativ istiqrazlar alarkən pul itirməyə razı olurlar.

İstiqraz bazarında likvidlik səviyyəsinin aşağı olduğunu nəzərə alsaq, istiqraz qiymətlərinin artmasının geniş yayıldığı halda nə baş verəcəyini düşünmək insanı qorxudur.

Neft qiymətlərinin kəskin düşməsindən yox, istəksiz istehsalçılardan qorxu: Xam neft qiymətlərinin kəskin şəkildə düşməsinin korporativ gəlirlərə necə təsir göstərəcəyi və bunun qlobal iqtisadiyyat üçün nə ilə nəticələnəcəyi sualları investorları hədsiz narahat edib.

Belə narahatlıqların olması məntiqli olsa da, neft qiymətlərinin düşməsinə tələbatın kəskin şəkildə azalmasının yox, bazara həddən artıq çox neft çıxarılmasının səbəb olması ilə bağlı sübutlar var. Enerjidən gələn gəlirlər əhəmiyyətli dərəcədə azalsa da, ucuz neftin ABŞ iqtisadiyyatı üçün müsbət nəticələr verəcəyi ilə bağlı fikir birliyi var.

Amerikalı istehlakçıların bu il benzində qənaət edildiyi hesablanan 750 dolları təkcə borclarını ödəyəcək qədər yox, xərcləyə biləcək qədər də arxayın hiss etmələri lazımdır. Bu, ona görə həlledici amildir ki, istehlakçı xərcləri ABŞ iqtisadiyyatının üçdə ikisini təşkil edir.

Fond birjası: nələri bilmək gərəkdir?

Yanvar ayı pərakəndə satış fəaliyyəti avtomobil və benzin satışları çıxarıldıqdan sonra belə dekabr ayından sonra yalnız 0,2 faiz artıb. Mebel, geyim və idman mallarının alınmasına çəkilən xərclər azalıb. Bu vəziyyət iqtisadiyyatın sürətli inkişafı üçün dəyişməlidir.

Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini artımayacağı ilə bağlı qorxu: ABŞ iqtisadiyyatı FES-in altı illik yardımından sonra nəhayət özü-özünü təmin edə biləcək qədər güclü görünür. Düzdür, iqtisadiyyat hələ də mükəmməl vəziyyətdə deyil. İnflyasiya səviyyəsi FES-in hədəf qoyduğu səviyyədən - 2 faizdən bir qədər yüksəkdir. Əmək haqlarının artırılması amerikalı işçilər üçün həssas məsələ olaraq qalır.

Ancaq FES bu il sonradan faiz dərəcələrini qaldırmasaydı, investorlar üçün daha da pis olardı və mərkəzi bankın aşağı faiz dərəcələri ilə özünü çətin vəziyyətə salıb-salmadığı və FES-in sədri Janet Yellenlə komitəsi üçün gələcək problemlərin həlli məqsəsilə az sayda vasitə təmin edib-etməməsi ilə bağlı suallar yarana bilərdi.

Fond birjası: nələri bilmək gərəkdir?

İndiki Yunanıstan məsələsi ilə bağlı yox, Avropanın gələcəyi ilə bağlı qorxu: Bu ilin əvvəli Yunanıstandakı seçkilərdə sərt iqtisadi tədbirlər proqramına qarşı çıxan SYRIZA partiyasının qalib olması investorları təşvişə saldı. Afinada fond birjasında qiymətlər kəskin şəkildə aşağı düşüb və Yunanıstana maliyyə yardımının yenilənməsi ilə bağlı danışıqları nəticəsiz qaldığına görə, Alan Qrinspen avronun tənəzzül edəcəyi proqnozunu verib.

Ancaq əsl qorxu Yunanıstanla bağlı olmamalıdır. Yeni hökumətin əvvəl-axır Yunanıstan kreditorları ilə razılıq əldə edəcəyi ehtimalı olduğu görünür.

Daha önəmli məsələ Avropa liderlərinin mütəşəkkil davranaraq qitənin durğun iqtisadiyyatını uzun müddət üçün bərpa edə bilib-bilməyəcəkləridir.

Təkcə Mərkəzi Bank istiqraz alışı vasitəsilə iqtisadiyyatı canlandıracağı vədini yerinə yetirməməli, eyni zamanda ayrı-ayrı ölkə başçıları da öz üstlərinə düşəni etməli, gələcək inkişaf üçün siyasi baxımdan çətinlik yaratsa da, islahatlar keçirməlidirlər.

Əksər ekspertlər ABŞ-ın fond birjasının 2015-ci ildə yüksələcəyini düşünürlər. Ancaq əsas göstəricilərin rekord həddə çatdığı və ya rekord həddə yaxın olduğu şəraitdə investorları səhm almazdan əvvəl qlobal iqtisadiyyatın vəziyyətini dəqiqliklə araşdırdıqlarına görə günahlandırmaq düzgün olmaz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR