Logo

Türk dünyasının mədəniyyət paytaxtı bəlli oldu

Türk dünyasının mədəniyyət paytaxtı bəlli oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2020-ci il Türk dünyasının mədəniyyət paytaxtı Özbəkistanın Xivə şəhəri seçilib.

Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyindən verilən məlumata görə, bu barədə TURKSOY-a  üzv dövlətlərin 37-ci iclasında bildirilib.

Sfera.az-ın xəbərinə görə, qərar Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Türmənistan nümayəndələri tərəfindən yekdilliklə qəbul olunub.

Hazırda Oş şəhəri (Qırğızıstan) mədəniyyət paytaxtı statusuna sahibdir. Türk dünyasının ilk mədəniyyət paytaxtı isə 2012-ci ildə Astana olub.

Bundan başqa, bu titula Azərbaycanın Şəki, Türkiyənin Kastamonu, Qazaxıstanın Türküstan, Türkmənistanın Marı və RF-da yerləşən Tatarıstanın Kazan şəhəri layiq görülüblər. (oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR