Logo

Azərbaycanda ana 3 uşağını atıb, başqa kişiyə qaçdı - "Zamiqlə münasibətim var..."

Azərbaycanda ana 3 uşağını atıb, başqa kişiyə qaçdı - "Zamiqlə münasibətim var..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün "Gəl dərdini danış"da 3 uşağını atıb evdən qaçan Mətanətin açıqlamaları izləyənləri özündən çıxardıb.

Sfera.az xəbər verir ki, Zamiq adlı şəxs verilişə çıxaraq Sevda adlı qadının onu aldatdığını bilirib. Bu zaman da Sevda xanım Space TV-yə yox, ayrı kanala üz tutub ki, bəs Zamiq onu şantaj edir. Bəlli olub ki, üz tutduğu kanalda vəkil xanım elə Sevdanın əvvəllər də işinə yarayan vəkil olub. Məhz buna görə də o, başqa verilişə çıxmaqda maraqlı olub. Zamiqə borclu olan Sevda, sən demə, Mətanət ilə Zamiqin yoldaşlığını qısqanırmış. Bunu Mətanət efirdə iddia edib. İş o yerə çatıb ki, Sevda adlı qadın Mətanətin ərinə zəng edərək Zamiqlə münasibətlərinin olduğunu deyib.

Bir sözlə, iki qadın bir kişi üstündə mübahisə ediblər. Xatırladaq ki, Zamiq də evlidir və 2 uşağı var. Mətanətin əri hər şeydən xəbər tutanda isə Mətanət 3 uşağını atıb evi tərk edib. Amma ötən gün balalarını atmadığını deyən Mətanət evdən qovulduğunu bildirib. "Onunla münasibətim var. Mənə Zamiq dəstək oldu. Biz, sadəcə, dostuq. Amma ərim qısqanıb mənə şər atmaqdan çəkinmədi", - Mətanət bildirib. (azxeber)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR