Logo

Şəmkirdə intihar

Şəmkirdə intihar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Şəmkir rayonunda intihar hadisəsi baş verib. 
Sfera.az xəbər verir ki, rayon prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, şəhər sakini, 1977-ci il təvəllüdlü Ramil Adil oğlu Əkbərov  özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən avtomobillərin qoşqusu üçün istifadə edilən kəndirlə asıb. 
Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkar edilib və hadisə yerinə polis və prokurorluq əməkdaşları baxış keçirib. 
39 yaşlı kişinin canına qəsd etməsinin səbəbləri barədə hələlik məlumat verilmir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
İntihar edən kişinin 2 azyaşlı övladı var və uzun müddətdir ki, işsiz imiş.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR