Logo

AtaBank “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edildi

AtaBank “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məlum olduğu kimi, dünya üzrə qeyd olunan "Qlobal Sahibkarlıq Həftəsi”ndə

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli

Konferederasiyası (ASK) da bir sıra tədbirlər həyata keçirir.

Belə ki, 21 noyabr 2019-cu il tarixində Fairmont otelində "Dayanıqlı inkişaf

məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda başlamış konfrasda Azərbaycanda

fəaliyyət göstərən şirkətlərin 21 KSM layihəsi iştirak etmişdir və onlardan 13-ü

seçilmişdir.

Həmin tədbirdə "AtaBank” ASC Korporativ Sosial Məsuliyyət layihələrində fəal

iştirakına görə təşəkkürnamə ilə təltif edilib.

Konfransda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyası və ASK-nın digər sosial tərəfdaşları iştirak edib.

Qeyd etmək istərdik ki, AtaBank il ərzində Korporativ Məsuliyyət çərçivəsində bir

neçə layihə təşkil etmişdir. Bu haqda danışan bankın Biznesin İnkişafı

departamentinin direktoru Oruc İbrahimov vurğuladı ki, cəmiyyətin tələb və

dəyərlərinə önəm verərək bu cür layihələr davamlı şəkildə keçiriləcək.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl

texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif

regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR