Logo

Rusiya gəmiləri Bakı limanına yan alacaq

Rusiya gəmiləri Bakı limanına yan alacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəzər donanmasının gəmiləri 2016-cı ildə Qazaxıstan, İran və Azərbaycan limanlarına yan alacaq, eləcə də birgə beynəlxalq yarış və təlimlər keçirəcəklər.
Oxu.Az xəbər verir ki, Xəzər donanmasına komandanlıq edən kontr-admiral İqor Osipov, bu il donanmanın priroritet məsələsi Qazaxıstan-Rusiya hərbi-dəniz təlimlərində və "Qafqaz-2016” komandanlıq-qərargah strateji təlimdə iştirakı olacaq.  
"İlin ikinci yarısında Mahaçqalada yerləşən hərbi gəmi bölüyü "Adeks-2016” beynəlxalq hərbi-dəniz sərgisində iştirak etmək üçün İranın Bender-Ənzəli, Qazaxıstanın Aktau və Azərbaycanın Bakı limanlarına səfər edəcək”, - İ.Osipov deyib.
Öz növbəsində İran gəmilərindən ibarət qrup Həştərxana səfər edəcək.
Kontr-admiralın sözlərinə görə, gözəl ənənəyə çevrilmiş dostluq səfərlərində donanmanın üç-dörd gəmisi iştirak edəcək.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR