Logo

Dollar ucuzlaşdı, manat möhkəmləndi

Dollar ucuzlaşdı, manat möhkəmləndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mərkəzi Bankın bu günə olan məzənnəsi.

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 27-nə olan xarici valyutanın məzənnəsini açıqlayıb. 

Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 27-nə olan rəsmi məzənnəsinə görə, dolların bu günə olan qiyməti 1.6050 manatdır. Ötən gün dollar günə 1.6052 manatla başlamışdı. 

Avrozonanın vahid valyutası olan avro isə yenə də bahalaşıb - 1 avro 1.7432 manat olub. Rusiya rublunun dəyəri isə 0.0201-dən 0.0203-ə qalxıb. 

Dollar ucuzlaşdı, manat möhkəmləndi
Dollar ucuzlaşdı, manat möhkəmləndi
AMB-nin məzənnəsi

Azərbaycan 
Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb. 

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. 

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə 
manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR