Logo

“Novruz mühazirələr”i başlayır - İlk çərşənbə axşamı

“Novruz mühazirələr”i başlayır - İlk çərşənbə axşamı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Təhsil Nazirliyi "Novruz mühazirələr”inə başlayır. "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, təbiətin dirçəlişi ilə elmin mahiyyəti arasında dərin fəlsəfi əlaqə var. Hər ikisi yaradıcı axtarışı ilə həqiqətə çatır. Əslində təbiət 4 fəslin bütövlüyündə özünü təsdiq edirsə, elm qoyduğu suallarla həqiqəti aşkarlayır.
Azərbaycanın milli-mental düşüncə tərzində "Novruz” un öz yeri var. Təbiətin oyanış rəmzləri "Novruz”un hikmətində elm, düşünmə və özünütəhlil üçün təbii zəmin yaradır. Bu, yaradılışın 4 başlanğıcıdır- Su, Od, Yel, Torpaq. Elmin əsas təcrübə sahələri də məhz bunlardır.
Əziz dostlar, baharın ilk çərşənbəsində "Novruz mühazirələr”inə başlayırıq.
İlk belə mühazirə fevralın 23-də - İçərişəhərdə - "Muğam klub”da keçiriləcək. "Novruz mühazirələri”nin ilk görüşündə akademik Urxan Ələkbərov "Davamlı inkişaf yaşıl düşüncə kontekstində” mövzusundan bəhs edəcək.
Mühazirələrin "Təhsil” TV tərəfindən çəkilişi və Təhsil Nazirliyinin internet resurslarında yayımlanması nəzərdə tutulur.
Tədbirin informasiya dəstəyi "Azad Azərbaycan” televiziyası və Qafqazinfo.az saytına məxsusdur.
"Novruz mühazirələri”ndə iştirak etmək istəyənlər müvafiq məlumatları [email protected] elektron poçt ünvanına göndərərək 22.02.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR