Prezidentə "şəklimiz bulanıq düşüb, yenidən çəkdirək" deyən gənc baxın görün kim imiş? - VİDEOMÜSAHİBƏ
Sfera.az xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında BDU Hüquq fakültəsinin Tələbə Həmkarlar İttifaqının sədri Əkbər Əliyev deyib.
O Prezidentə və dövlətə bağlı insan olduğunu deyib: "Mən hər zaman dövlətimin, prezidentim yolunda könüllü olmağa hazıram. Bəziləri yazır ki, bu qurma videodur. Ancaq bu belə deyil. Mən heç bilmirdim ki, Prezidentlə görüşmək imkanımız olacaq. Sadəcə olaraq mənim belə bir fürsətim oldu və mən bundan yararlandım.
Əkbər Əliyev universitetə yüksək balla daxil olduğunu bildirib: "Mən BDU-nun hüquq fakültəsinə yüksək balla daxil olmuşam. Universiteti qırmızı diplomla bitirmişəm. Hazırda magistr təhsili almışam. Hətta 2 ABŞ universitetinə də daxil olmuşdum. Sadəcə maddi imkanımız olmadığına görə ora gedə bilmədim. Hazırda ingilis dilində təhsil alıram. Məni tənqid edən insanlara deyirəm ki, heç kimi tanımadan, bilmədən mühakimə etməyin".
Etibarın müsahibəsini təqdim edirik:






