Logo

Mikayıl Cabbarov: "Vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb"

Mikayıl Cabbarov: "Vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Vergi islahatlarının həyata keçirilməsində xüsusi diqqət verdiyimiz məqamlardan biri də iqtisadi fəallığın təşviq edilməsidir.

Sfera.az trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin sayı 44 608 təşkil edib: "Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən, Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin sayında 32, 9 faiz artım olub ki, bu da say etibarilə 5941 ƏDV ödəyicisi edir. Obyektlərin sayına gəldikdə isə 7,3 faiz artım qeydə alınıb. Bunlar sağlam rəqəmlərdir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR