Logo

Ölkənin hansı yollarında təhlükə var?

Ölkənin hansı yollarında təhlükə var?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Respublikada qarlı, şaxtalı hava şəraitinin hökm sürməsinə baxmayaraq, ölkədə tam bağlanan yol yoxdur, nəqliyyatın hərəkəti təmin edilib.

Bu barədə Milli.Az-a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevməlumat verib.

Şöbə rəisinin sözlərinə görə, hazırda Mərəzə, Qusar rayonlarında və Ağsu dolaylarında yollar buzludur, Cəlilabad və Masallı rayonlarında qar yağır, yollarda lakin nəqliyyatın hərəkəti davam edir.

Bu səbəbdən yol polisinin sözçüsü sürücü və piyadaları təhlükəli, qarlı və buzlu yollarda hərəkət edərkən maksimum diqqətli olmağa çağırıb.

K.Əliyev qeyd edib ki, ümumilikdə yanvarın 26-da respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb. Onlardan 3 ölüm və 3 xəsarət faktı məhz yolların buzlu olması səbəbindən avtomobillərin sürüşməsi nəticəsində baş verib.

Hal-hazırda respublikanın avtomobil yollarında, o cümlədən Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub.

MilliAz xəbər verir ki, bu barədə "Azəryolservis" ASC-in mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz, qum səpilməsi məqsədi ilə "Azəryolservis" ASC-nin texnika, maşın-mexanizmləri səfərbər olunaraq gücləndirilmiş iş rejimində çalışırlar:

"Dağlıq ərazilərdə hələ də qarın yağması davam etdiyindən və güclü şaxta olduğundan yollarda nəqliyyatın təmin olunmuş normal hərəkətinin fasiləsizliyini saxlamaq məqsədi ilə dayanmadan işlər davam etdirilir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR