Logo

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gələcək

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gələcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən Azərbaycana dəvət olunub.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Sfera.az-a verilən məlumata görə, Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələri ilk dəfə doğma Vətəndə olacaqlar.

Səfər yaxın vaxtlarda baş tutacaq.

Onlar Azərbaycan Milli Kitabxanasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkədə Cəlil Məmmədquluzadəyə həsr edilmiş elmi-mədəni tədbirlərə qatılacaqlar. Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, həmçinin yazıçının ev-muzeyini və Fəxri xiyabandakı məzarını ziyarət edəcək, Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşəcəklər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR