“Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd etdi

“Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd etdi
 

Azərbaycan xalqının zəngin keçmişi, adət-ənənələri və milli-mədəni irsinə bağlılıq nümayiş etdirən "Nar”, hər il olduğu kimi bu il də Göyçayda keçirilmiş Nar festivalında aktiv iştirak edib. Mobil operator festivalın keçirildiyi ərazidə böyük "Nar” çadırı quraşdırıb və iştirakçılar üçün bayram əhval-ruhiyyəsi yaradıb. Təşkil edilən müsabiqələr və əyləncəli oyunlar ziyarətçilər tərəfindən maraqla qarşılanıb və tədbir iştirakçıları müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Bundan başqa, "Nar” çadırına yaxınlaşanlar üçün 2 gün ərzində xüsusi müsabiqə keçirilib və qalib gələnlərə son model smartfon hədiyyə olunub.

 

Mobil operator Nar festivalı ilə əlaqədar sosial media istifadəçiləri və media nümayəndələri üçün Göyçaya tur da təşkil edib. Noyabrın 4-də sosial mediada keçirilmiş müsabiqədə qalib gəlmiş 10 nəfər "Nar” əməkdaşları ilə birlikdə Göyçaya səfər edib və "Nar” çadırında təşkil edilmiş tədbirlərdə aktiv iştirak edib.

 

Bundan başqa, "Nar” əməkdaşları ziyarətçilərə mobil operatorun fəaliyyət istiqamətləri, şəbəkənin təkmilləşdirilməsi ilə bağlı görülən işlər, 2019-cu il ərzində ölkə ərazisində qurulan yeni baza stansiyaları və digər işlər barədə geniş məlumat veriblər.

 

Qeyd edək ki, Göyçay bütün dünyada məşhur olan Azərbaycan narının vətəni hesab olunur. Nar festivalı hər il noyabr ayında möhtəşəm bayram əhval-ruhiyyəsində keçirilir.

 

"Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,5 %-ni əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...