Zaur Baxşəliyevlə bağlı ŞOK HADİSƏ - Polis onu axtarır - FOTOLAR

Zaur Baxşəliyevlə bağlı ŞOK HADİSƏ - Polis onu axtarır - FOTOLAR

Teleaparıcı Zaur Baxşəliyevin adından şair İlhamə Elşadqızına qarşı saxtakarlıq edilib. 
 

Sfera.az xəbər verir ki, İlhamə xanım baku.ws-ə açıqlamasında Zaur Baxşəliyevin adı və fotosu ilə açılan "Facebook" profilini idarə edən şəxs tərəfindən aldanıldığını bildirdi:


"Özünü Zaur bəy kimi təqdim edən dələduz mesaj bölümündə mənə yazaraq hazirda yeni xeyriyyəçilik layihəsi üzərində işlədiyini və bunun üçün izləyiciləri çox olan ictimai insanların səhifələrinə ehtiyac olduğunu bildirdi. Səhifəmdə xeyriyyəçi paylaşımlar etmək üçün məndən şəxsi profilimin email ünvanımı və şifrəsini istədi.

Əvvəlcə tərəddüd etdim, vermək istəmədim. Dedim ki, nə lazımdırsa verin, özüm paylaşaram. Sonra görüntülü danışmaq istədiyimi bildirdim. "Zaur Baxşəliyev" cavab verdi ki, elə yerdəyəm, danışa bilmərəm. Nə isə, Zaur bəyin efirdə minlərlə insana yardım etdiyinin şahidi olduğumdan inandım və səhifəmin şifrəsini verdim. Şifrəmi verəndən sonra səhifəmə girə bilmədim. Bir sözlə, məni aldatdılar. 4980 dostumun olduğu səhifəmi mənimsədilər".
                     

 Şair və aktrisa İlhamə Elşadqızı

İ.Elşadqızı qarşılaşdığı dələduzluqla bağlı Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə yazılı şəkildə müraciət edib:

"6 noyabr tarixindən bəri səhifəmə girə bilmirəm. Facebook dostlarımı itirməyim ayrı dərd, məni daha çox narahat edən başqa məqamdır. Səhifəmlə dələduzluq edib, insanları aldada bilərlər. Cinayət törədərlər. Mən bunlardan qorxuram. Bütün bunların qarşısını almaq məqsədilə polisə müraciət etdim. Söz verdilər, saxtakarı axtarıb tapacaqlarına söz verdilər. Gözləyirəm". 

                     

İlhamə Elşadqızını aldadan profil


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...