Logo

Səhiyyə Nazirliyi: Göyçaydakı qəzada 4 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi: Göyçaydakı qəzada 4 nəfər xəsarət alıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Göyçayda rayon mərkəzində "Qazel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

Sfera.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  trend-ə verilən məlumata görə, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 3-ü lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR