Bu gün onların toyudur - Fotolar

Bu gün onların toyudur - Fotolar

Bu gün türkiyəli aktyor Kıvanç Tatlıtuğ stilist sevgilisi Başak Dizerlə evlənir.

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, toy Fransanın paytaxtı Parisdə baş tutacaq.

Cütlüyün toyuna ailələri və yaxın dostları qatılacaq. Kıvanç sevgilisiylə ötən çərşənbə günü Parisə gedib.

Aktyor Atatürk Hava Limanında çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşıb. Məşhur ulduzun saqqalarını kəsdirməsi diqqətdən yayınmayıb.

Artıq cütlüyün toyuna qatılacaq 50 qonaq dünən Parisə uçub. Tatlıtuğ və Dizer evləndikdən sonra Körpə Ayşe Sultan Korusundakı yeni evdə qalacaqlar.

Qeyd edək ki, Kıvanç iki ildir ki, Başak Dizerlə sevgilidir.

Bu gün onların toyudur - Fotolar
Bu gün onların toyudur - Fotolar


OXŞAR XƏBƏRLƏR