Rafael Cəbrayılovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı iddia qaldırıldı

Rafael Cəbrayılovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı iddia qaldırıldı
 Bu gün Abşeron rayon Məhkəməsində sabiq deputat Rafael Cəbrayılovun məcburi gətirilməsi ilə bağlı icraçı İlyas Həsənovun təqdimatı üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesə nə icraçı İlyas Həsənov, nə də Rafael Cəbrayılov gəlib. Prosesdə yalnız zərərçəkən M. Qurbanovanın nümayəndəsi iştirak edib.

Məhkəmə prosesi noyabrın 15-ə qədər təxirə salıb.

Xatırladaq ki, R. Cəbrayılov zərərçəkən M. Qurbanovaya 370 min manat borcu var.

APA-nın əldə etdiyi məlumata görə, sabiq deputatla zərərçəkən arasında bir həftə əvvəl Abşeron rayon İcra Şöbəsində görüş keçirilib. R. Cəbrayılov zərərçəkəndən borcun ödənilməsi ilə bağlı sonuncu dəfə vaxt istəyib.

Qeyd edək ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, T. Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa X. Nəcəfova adlı daha bir qadından da borc alıb.

Rafael Cəbrayılovun, həmçinin, M. Qurbanova, O. Hacıyev, S. Məmmədova və onun oğlu F. Əliyevə də borcu olduğunu ortaya çıxıb.

Rafael Cəbrayılov bundan sonra mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

Oktyabrın ayının 2-də MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilib.

OXŞAR XƏBƏRLƏR

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...

Azərbaycanlı hakim ÇL-in oyununu idarə edəcək

Azərbaycanın FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.   Sfera.az xəbər verir ki, referi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələ...