Elza Seyidcahanın ailəsinə qarşı dələduzluq: anası və bacıları evsiz qaldılar

Elza Seyidcahanın ailəsinə qarşı dələduzluq: anası və bacıları evsiz qaldılar

Əməkdar artist Elza Seyidcahanın anası fırıldaqçılıqla üzləşib.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a Əməkdar artist məlumat verib. 

O, ailəsinin üzləşdiyi xoşagəlməz hadisə ucbatından anasının və bacısının evsiz qaldığını söyləyib:

"2015-ci ildən biz anama qarşı dələduzluq törədən dəstəni axtarırdıq, amma tapa bilmirdik. Amma Nəsimi rayonu 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Urfan Gərayzadənin köməyilə dəstənin bir üzvü ələ keçib.

Qrupun digər üzvlərinin axtarışı səbəbindən istintaq işi hələ də davam edir. Onlar da tezliklə tapılacaq və məsuliyyətə cəlb olunacaqlar. Anam bütün evləri satıb torpaq aldı ki, bacılarımla özünə ev tikdirsin və orada yaşasın. Hazırda dələduzların törətdiyi bu iyrənc əmələ görə bacılarım da evsiz qalıb.

Gəlib anamın başını tovlayıb, deyiblər ki, bizə torpaq sahəsini ver, əvəzinə sənə və qızlarına üç ev verərik. Onu da qeyd edim ki, anam torpaq sahəsində tikiləcək evin layihəsini də hazırlamışdı. Anam onların bu təklifinə razılıq verib, aldanıb. Fırıldaqçılar anama villa adı ilə üç sənədsiz həyət evi göstəriblər.

Evlərin sənədləri də saxta olub. Anam bu haqda bizə heç bir məlumat verməyib. Bizə sürpriz etmək istəyib. Anamın sadəlövhlüyündən istifadə edib başına bu oyunu açıblar. Mən də hüquq-mühafizə orqanlarına başımıza gələn xoşagəlməz hadisə ilə bağlı müraciət etdim".

 

Seyidcahan redaksiyamızın əməkdaşı ilə söhbətində polis əməkdaşlarının araşdırması nəticəsində onlara qarşı cinayət törədən Rasim Məmmədov və dəstənin daha iki üzvünün saxlanıldığını və bir ay ərzində anasının ya evini, ya da pulunu geri qaytaracaqlarına söz verdiklərini bildirib:

"Rasim adlı şəxs dəfələrlə dələduzluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub. Onun dostları ki var, dəstənin digər üzvləri onu zaminə götürüblər. Mən bu kimi məsələlərlə gündəmə gəlmək istəməzdim. Ümid edirəm ki, dəstənin digər üzvləri törətdikləri əməllərə görə qanun qarşısında cavab verəcəklər".

Əməkdar artist R.Məmmədov və digərlərinin tapılaraq ifşa olunmasında göstərdiyi yardıma görə Nəsimi rayonu 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Urfan Gərayzadəyə minnətdarlığını bildirib.( report)



OXŞAR XƏBƏRLƏR

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...

Azərbaycanlı hakim ÇL-in oyununu idarə edəcək

Azərbaycanın FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.   Sfera.az xəbər verir ki, referi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələ...