Logo

Hansı avtomobillər daha çox yanacaq işlədir?- ARAŞDIRMA

Hansı avtomobillər daha çox yanacaq işlədir?- ARAŞDIRMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avtomobil alanda ən çox diqqət yetirilən məsələlərdən iri də maşının yanacaq sərfidir. «Hər 100 kilometrə nə qədər yanacaq işlədir?»  sualını alıcıların hamısı verir.  Hərçənd ayrı-ayrı alıcılar üçün səbəblər başqadır.

Bəzilərini yanacaq puluna qənaət etmək maraqlandırır. İmkanlı alıcıların isə yanacaq pulu problemi yoxdur, onlar sadəcə dolu çənlə birdəfəyə nə qədər yol gedə biləcəklərini öyrənmək istəyirlər.

Azərbaycanda satılan avtomobillərin bir hissəsi də, təkcə bahalı qiyməti və məşhur brendləri ilə yox, həm də yanacağı «su kimi içməsi» ilə seçilir. Adi sürücülər belə maşınları pulsuz da götürməzlər, amma onların da alıcıları var. Fins.az ölkədə satışda olan ən çox yanacaq sərf edən avtomobilləri müəyyən edib. Onların nəyə görə belə «acgöz» olmasının səbəbləri isə daha maraqlıdır. 

“Land Rover Discovery Sport”- 11-12 litr

Ən çox yanacaq işlədən avtomobillər siyahısında  nisbətən az yanacaq sərfinə görə“Land Rover Discovery Sport” birinci yerdə qərarlaşıb. İnsafən, imicini, qiymətini və varlı təbəqə arasındakı populyarlığını nəzərə alanda bu avtomomili hətta qənaətcil saymaq olar. “Land Rover Discovery Sport” şəhəriçində 100 kilometrə real olaraq 11-12 litr yanacaq işlədir. Doğrudur, rəsmi məlumatlarda «Discovery Sport»un yanacaq sərfi 10,6 litr göstərilir, amma siyahıya baxdıqca məlum olur ki, heç bu da pis göstərici deyil. 

Hansı avtomobillər daha çox yanacaq işlədir?- ARAŞDIRMA

“Range Rover Evoque” – 13-14 litr

Siyahıda  yanacaq sərfinə görə növbəti yeri “Ranga Rover Evoque” avtomobili tutur. Avtomobilin qiymətinə nəzər salanda onun yanacaq sərfi o qədər də önəmli görünməyə bilər. Qiyməti 100 min manatdan yüksək olan gözəl görünüşlü avtomobil şəhər yollarında 13-14 litr yanacaq işlədir. Bu maşının real yanacaq sərfi də rəsmi məlumatardan çoxdur. 

Hansı avtomobillər daha çox yanacaq işlədir?- ARAŞDIRMA

“Mercedes S500 “ - 13-14 litr

«S class» həvəskarları bayram edə bilərlər. «Mercedes»in ən komfortlu avtomobili şəhərdə demək olar ki, yanacaq sərf etmir. avtomobilinin yanacaq sərfi  “Ranga Rover Evoque” modeli eynidir. Üstəlik, «Mercedes S500»ün mühərrikininin həcmi əvvəlki avtomobillərdən 2 dəfədən də çox böyük olduğunu nəzərə alanda, alman mühəndislərinin fərasəti adamı heyran edir. Hərçənd 240 min manatlıq,  4.7 l mühərrikli “Mercedes S500“ü seçənlər yəqin ki, onun şəhər yolllarında nə qədər benzin işlətməsinə əhəmiyyət vermirlər. Amma bu avtomobilin də real benzin sərfi istehsalçı göstəricilərində 5 litr fərqlənir. Zavod göstəricilərinə görə avtomobil 100 kilometrə 9.1 litr yanacaq sərf etməli idi. 

Hansı avtomobillər daha çox yanacaq işlədir?- ARAŞDIRMA

“Ford Explorer” və “Ford Edge” 14-15  litr

Ən çox yanacaq işlədən avtomobillər siyahısında Amerikan avtomobillərinin olmaması mümkün deyil. 3,5 litr mühərikli  “Ford Explorer” və “Ford Edge”  krossoverlərinin qiyməti nisbətən ucuz olsa da, yanacaq sərfinə görə, onlar əvvəlki 3 avtomobili geridə qoyur.  Hər iki avtomobil  şəhər yollarında 100 km məsafəyə 14-15 litr yanacaq işlədir. Maraqlıdır ki, bu göstərici rəsmi məlumatlardan çox da fərqlənmir. 

Hansı avtomobillər daha çox yanacaq işlədir?- ARAŞDIRMA

“Jeep Grand Chrokee Limited” - 15-17 litr

“Jeep Grand Chrokee Limited” avtomobilin real yanacaq sərfi 15-17 litr təşkil edir. 3.6 l mühərrikli avtomobil hazırda Bakıda 77 min manata satılır. 

Hansı avtomobillər daha çox yanacaq işlədir?- ARAŞDIRMA

“Mercedes GL500” – 15-20 litr

Azərbaycanda ən çox sevilən “Mercedes” modellərindən biri də çox yanacaq işlədən avtomobillər siyahısında yer alıb.  Qiyməti 200 min manatdan yüksək olan “Mercedes GL500” modeli şəhər  yollarında nə az, nə çox 15-20 litr benzin işlədir.

Hansı avtomobillər daha çox yanacaq işlədir?- ARAŞDIRMA

“Toyota LS Prado” -16-20 litr

“Toyota LS Prado” mühərrikinin nisbətən kiçik (2,7 litr) və qiymətinin də nisbətən ucuz olmasına  baxmayaraq  yanacaq sərfinə görə, bəzi  bahalı modelləri də geridə qoyub. Yeni “Prado” şəhər yollarında real olaraq 16-20 litr yanacaq işlədir. Baxmayaraq ki, rəsmi təqdim olunan texniki göstəricilərdə avtomobilin şəhər rejimində hər 100 kilometrə cəmi 12,5 litr yanacaq ynadırdığı bildirilir. 

Hansı avtomobillər daha çox yanacaq işlədir?- ARAŞDIRMA

“Lexus LX 570” -20 litr

Məşhur yapon brendinin dəbdəbəsindən gözləri qamaşanlar bəlkə də yanacaq sərfinə diqqət yetirmirlər. Amma maraqlanmağı dəyər. Bakıda yenicə satışa çıxarılan “Lexus LX 570” avtomobili şəhər yollarında 20 litr yanacaq sərf edir. Hərçənd bu texniki göstəricilərə inansaydıq bu rəqəm 14,3 litr olmalıydı. Yapon brendini almaq istəyənlər  real yanacaq sərfini bilməklə yanaşı onun 205 min manata satıldığını da nəzərə almalıdırlar. 

Hansı avtomobillər daha çox yanacaq işlədir?- ARAŞDIRMA

“BMW X5” və “BMW X6” -20-22 litr

Real benzin sərfinə görə yeni rekordu digər alman brendi “BMW”lər təzələyir. 5.0 l həcmində mühərrik “BMW X5” və “BMW X6”ya əla dinamika bəxş etməklə yanaşı, yanacaq çənini də sürətlə boşaldır. Avtomobilin sənədlərində şəhər rejimində benzin sərfinin 14.7 olduğu göstərildiyi halda, real yanacaq sərfi 20-22 litr təşkil edir.

Hansı avtomobillər daha çox yanacaq işlədir?- ARAŞDIRMA

“GMC Yukon”  və “Cadillac Escalade 4.4” -23-24 litr 

Bu modelin görkəminə heyran olmaq üçün gərək əvvəlcə onun nə qədər benzin yandırdığını yaddan çıxarasan.  Kiçik yük maşınlarını xatırlaan Amerika nəhəngləri ən çox benzin işlədən avtomobillərdən biridir. Buna 6.2 litr mühərrikli “GMC Yukon” və “Cadillac Escalade 4.4” avtomobillərini misal göstərmək olar.  Avtomobil satıcıları da bu modelllərin Bakıda 5-7 litr artıq yanacaq işlətdiyini deyirlər.Avtomobilin zavod göstəriciləri 100 km məsafə 17-19 litr olsa da, real yanacaq sərfi 23-24 litr təşkil edir. 

Hansı avtomobillər daha çox yanacaq işlədir?- ARAŞDIRMA

“Toyota LS 200 “- 20-25 litr  

Azərbaycanda satışda olan minik avtomobilləri arasında ən çox yanacaq işlədən avtomobil “Toyota LS 200 “  modelidir. 4.6 litr mühərikli avtomobil şəhəriçi yollarda 13.3 l əvəzinə 20-25 litr benzin işlədir. Təkcə şəhər yollarında deyil, şosedə də yanacaq sərfi çoxdur. “Toyota LS 200 “  Bakıdan Şirvana  qədər məsafə qət eləmək üçün 15-16 litr benzin işlədir.

Hansı avtomobillər daha çox yanacaq işlədir?- ARAŞDIRMA

Bəs niyə belə çox yandırırlar?

Göründüyü kimi, avtomobillərin əksəriyyətində yanacaq sərfi rəsmi göstəriləndən xeyli artıqdır. Bunu heç rəsmi dilerlər də təkzib etmirlər və gizlətməyə lüzum da görmürlər. Avtomobil ekspertləri fins.az-a bildiriblər ki, Azərbaycanda avtomobillərin göstərilənlən artıq yanacaq sərf etməsinin əsas səbəbləri yanacağın keyfiyyətinin aşağı olması, yolların o qədər də yaxşı vəziyyətdə olmaması, şəhəriçi yollarda hərəkət sürətinin aşağı olması və yaranan tıxaclardır.  Bundan başqa, bəzi sürücülər mühərriki yerli-yersiz yüksək gərginliklə işlətdiyinə görə yanacıq sərfi də buna uyğun artır. Ona görə də, avtomobili alanda, yanacaq sərfini dəqiqləşdirmək üçün  rəsmi göstəriciləri ilə yanaşı,  reallıqlara da diqqət yetirmək lazımdır. (fins/file/articles/az)

Avtomobilin markası

Mühərrikin həcmi

Şəhəriçi yanacaq sərfi

Şosedə yanacaq sərfi

Qiyməti

Land Rover Discovery Sport

2.0  Turbo

10.6

(real 11-12l)

6.5l(real 7.5-8 l)

80-85 min manat

Mercedes S500 

4.7 l

9,1 l 

(real13-14l)

8.6l (real 8-10l)

139 970 avro

Ranga Rover Evoque

2.0 Turbo

10.3

(real 13-14l)

6.4 (real 7-7.5l)

103-110 min

Ford Explorer

3.5 l

13.8l

(real 14-15l)

9 l(real 9-10)

61 900-64900 manat

Ford Edge

3.5l

13.8l

(real 14-15l)

9l (real 9-10)

43900  manat

Jeep Grand Chrokee Limited

3.6 l

15.2 l

(real 15-17l)

8.6l (real 9 l)

77 min manat

Mercedes GL500

4.7l

11.5l –

(real 15- 20 l)

11.3l  (real 11-12l)

122 min avro

Toyota LS Prado

2.7 l

12.5 l

(real16-20l)

7,5 (real 12-13l)

60-65 min manat

Lexus LX 570

5.7l

14.3

(real 20)

10.5l     (real 15l)

205 min manat

BMW X6  4.4

5.0 l

14.7l

(real 20-22l)

9 l (real 10l)

212 580 manat

BMW X5  4.4

5.0 l

14.7l

(real 20-22l)

9 l (real 10l)

212 580 manat

Toyota LS 200

4.6l

13.3 l

(real 20-25l)

9.5 l  (real 15-16l)

158 100 manat

GMC Yukon

6.2 l

17-19l

(real 23-24l)

11-12l (11-13l)

190 000 manat

Cadillac Escalade4.4

6.2 

17-19 l

(real 23-24l)

11-12l(11-13l)

115 000 manat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR