Bu nazirlikdə bəzi şöbələr ləğv edildi, yeni qurumlar yaradıldı

Bu nazirlikdə bəzi şöbələr ləğv edildi, yeni qurumlar yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmrləri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Bakı Ərazi şöbəsi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradılıb.

Sfera.az xəbər verir ki, nazirlikdən oxu.az-a bildirilib ki, DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi Fondun Səbail və Yasamal rayon şöbələrinin, DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə Xidmətin Səbail və Yasamal Məşğulluq Mərkəzlərinin bazasında təşkil edilib. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanlarına uyğun olaraq, cari ilin may ayında Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - DOST Agentliyi və Agentliyin 1 saylı DOST Mərkəzi fəaliyyətə başlayıb. 


OXŞAR XƏBƏRLƏR