Ölkələrin korrupsiya indeksi açıqlandı - Azərbaycan irəliləyib
Kateqoriya məlum deyil
Transparency International təşkilatı 2015-ci il üzrə Korrupsiya Qavrama İndeksini (KQİ) açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, 168 ölkənin yer aldığı siyahıda Azərbaycan irəliləyərək 119-cu yerdə qərarlaşıb. Belə ki, ötən il Azərbaycan siyahıda 126-cı yerdə olub. Ölkəmiz cədvəldə Mozambik, Vyetnam, Pakistan, Tanzaniyadan sonra gəlib. Qeyd edək ki, siyahıda ölkələr 0-100 ballıq sistemlə qiymətləndiriliblər ki, Azərbaycan 29 bal əldə edib. Ötən il 136-cı yerdə qərarlaşan qonşu Rusiya da irəliləyərək sıralamada 119-cudur. Postsovet ölkələri arasında ən aşağı nəticəni isə Ukrayna (130) göstərib. Siyahıda ən yaxşı göstərici isə ilk üçlükdə qərarlaşan Danimarka (91), Finlandiya (90) və İsveçə (89) aiddir.






