Logo

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə vacib xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə vacib xəbərdarlıq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Baş verən yol-nəqliyyat hadisələrinin təhlili deməyə əsas verir ki, hələ də sürücülər

arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda

sükan arxasına əyləşən şəxslərə rast gəlinir.

Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etməyən, 8-10 saat fasiləsiz

nəqliyyat vasitəsi idarə etdikdən sonra günün qaranlıq vaxtı və ya məhdudiyyətli

görünmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə

mənbəyidir.

Təəssüf ki, bu kimi neqativ faktlar daha çox sərnişin və yük daşıma fəaliyyəti ilə

məşğul olan sürücülər arasında müşahidə olunur ki, bu da son nəticədə ağır və bir çox

hallarda bərpa olunmayan maddi-mənəvi itkilərə yol açır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, səfərə

çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə diqqət yetirin, hərəkət

zamanı təhlükəsizlik kəmərini taxın və sərnişinlərin də bu vacib qaydaya əməl

etmələrinə nail olun. Yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin, səfərə

çıxmazdan ən azı bir gün əvvəl alkaqollu içki qəbul etməyin.

Yolboyu ötmə, manevretmə qaydalarına, sürət rejiminə əməl edin, nümunəvi

sürücü davranışı nümayiş etdirməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız

sürücülərə münasibətdə isə səbrli və təmkinli olun.

Uzaq məsafə qət edəcəksinizsə, mütləq 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra

avtomobilinizi saxlayıb qısa müddətli istirahət edin. Bunun üçün DYP-nin respublika

əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən

istifadə edə bilərsiniz.

Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün,

doğmalarınızın və daha neçə-neçə günahsız insanın həyatıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR