Bu rayonlarda qaz olmayacaq

Cəmiyyət
11:40 / 31.10.2019
1525
Bu gün səhər saat 09:00-dan Biləsuvar, Ağstafa və Qax rayonlarının ərazisində qaz xətti üzərində quraşdırılmış qurğuların yeri dəyişdiriləcək, yeni qaz tənzimləyicisi quraşdırılacaq, aşkarlanan qaz sızmaları aradan qaldırılacaq.
Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bununla bağlı təmir işlərinin aparılmasına şərait yaradılması məqsədi ilə qeyd edilən rayonların bir hissəsində qaz təchizatında fasilələr müşahidə ediləcək.