BDU-nun sabiq rektoru dəfn olunub

BDU-nun sabiq rektoru dəfn olunub
 

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov dəfn olunub.

Sfera.az bildirir ki, bu barədə APA-ya Firudin Səməndərovun ailəsindən məlumat verilib. 

Bildirilib ki, professorla vida mərasimi yaşadığı Nərimanov rayonu  Atatürk prospekti  47-i ünvanında keçirilib və "Qurd Qapısı" adlanan qəbiristanlıqda dəfn olunub. 

 

Qeyd edək ki, F. Səməndərov ötən gün 80 yaşında vəfat edib. O, 1992-1993-cü illərdə BDU-nun rektoru olub.

F. Səməndərov uzun müddət  BDU-nun Cinayət hüququ və Kriminologiya kafedrasının müdiri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR