Logo

Komitədə Apellyasiya Şurasının ilk iclası keçirilib

Komitədə Apellyasiya Şurasının ilk iclası keçirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.
"Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda Şuranın cari fəaliyyətinin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən daxil olan şikayətlərə baxılması qaydaları və digər məsələlər müzakirə edilib. Apellyasiya Şurasının sədri Rüstəm Şahbazov bütün zəruri tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlarını verib. Şuraya daxil olan şikayətlər üzrə araşdırma işinin ən qısa zamanda aparılması və müraciətlərin operativ cavablandırılması tapşırılıb.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR