Logo

"Semaşko"da Hemodializ Şöbəsinin binası qəzalı vəziyyətə düşüb

"Semaşko"da Hemodializ Şöbəsinin binası qəzalı vəziyyətə düşüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Kliniki Tibbi Mərkəzin Hemodializ Şöbəsinin binası qəzalı vəziyyətdədir. Bu barədə pasiyentlərdən biri "Bizim Yol"a məlumat verib. Şikayətçi bildirir ki,  vəziyyətdən narahat olan pasiyentlər narazılıqlarını bildirsələr də, xəstəxana rəhbərliyi buna əhəmiyyət verməyib.

"Hər gün burada 50 nəfərə yaxın pasiyent dializ alır. Narahatlığımızı şöbə müdiri M.Cəlalova və baş həkim S.Hüseynzadəyə bildirmişik. Bizə yalnız onu dedilər ki, şöbənin yerləşdiyi əraziyə yaxın yerdə tikinti işlərinin aparılması  səbəbindən binada çatlar yaranıb"-deyə pasiyent bildirdi.

Bu şikayət əsasında Səhiyyə Nazirliyinə göndərilən sorğuya cavab verilib: "Xəstələrin həyatına təhlükə yoxdur. Məsələn, xəbərdar olan Kliniki Tibbi Mərkəzin rəhbərliyi müvafiq dövlət qurumuna müraciət edib".
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR