Metro bu gün gücləndirilmiş iş rejimində çalışacaq

Metro bu gün  gücləndirilmiş iş rejimində çalışacaq
 

UEFA Avropa Liqası turniri çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" -"APOEL" qarşılaşması ilə bağlı "Bakı Metropoliteni" gücləndirilmiş iş rejimində çalışacaq.

Sfera.az bildirir ki, bu barədə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, oyun ərəfəsində stansiyalar gücləndirilmiş rejimdə çalışacaq: "Oyun Bakı vaxtı ilə 20:55-də Tofiq Bəhrəmov adın Respublika Stadionunda başlanacaq. Bununla əlaqədar əsasən stadiona yaxın olan metronun "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarına əlavə işçi qüvvəsi cəlb ediləcək. Sərnişinlərin vaxtında və təhlükəsiz daşınması üçün artıq bütün lazımi tədbirlər görülüb. Hər ehtimala qarşı ehtiyat qatarlar da hazır vəziyyətə gətirilib. Əgər ehtiyac olarsa, stansiyalarda sıxlığın aradan qaldırılması üçün qatarlar arasındakı hərəkət intervalı azaldılacaq və ehtiyat qatarlar xəttə buraxılacaq. Gücləndirilmiş rejim oyundan sonra sərnişinlərin tam təhlükəsiz mənzil başına çatdırılmasına qədər davam edəcək".

B.Məmmədov bildirib ki, metro stansiyalarının gecə 00:00-dan sonra işləməsinə ehtiyac olmayacaq: "Oyun saat 23 radələrində başa çatacaq. Saat 00:00-a qədər də sərnişinlərin daşınması başa çatacaq. Ona görə də stansiyaların saat 00:00-dan sonra işləməsinə ehtiyac yoxdur".

 

Xatırladaq ki, bu gün saat 20:55-də Bakıda Tofiq Bəhrəmov adına Respublika Stadionunda UEFA Avropa Liqası turnirində "Qarabağ" -"APOEL" qarşılaşması olacaq.(trend.az)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu kreditlər bahalaşdı

2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib.   Sfera....

Doqquzuncu siniflərin DİQQƏTİNƏ

7-17 iyul tarixlərində learn.algoritmika.az platformasında "Rəqəmsal Bacarıqlar təmayüllü" 10-cu siniflərə qəbul imtahanının ikinci mərhələsi keçirilə...

Xalq artisti etiraz etdi: “Onlarla eyni verilişdə olmayacağam”

Son illər sənət cameəsində tanınan, səviyyəli və orta, yaşlı nəsli təmsil edən sənətkarları televiziya proqramlarında demək olar ki, nadir hallarda görürük. Xüs...

Hava ilə bağlı XƏBƏRDARLIQ: Leysan olacaq

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli ol...

2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə ...

Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər

Heyvanlardan insanlara keçən xəstəliklər dünya üzrə geniş yayılıb və bir çox hallarda ciddi sağlamlıq problemlərinə səbəb olur.   Ümumdünya Səhiyyə T...