Daha bir yaşlı məmura şok... - o qurumlar da birləşdirilir

Daha bir yaşlı məmura şok... - o qurumlar da birləşdirilir
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub. 

Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşdiriləcəyi gözlənilir. 
74 yaşlı Əhməd Əhmədzadənin rəhbərlik etdiyi "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin "Azərsu" ilə birləşdirilməsi hələ bir neçə il əvvəl gündəmə gəlib.

Lakin Əhmədzadə o vaxt hökumət dairələrindəki nüfuzundan istifadə edərək, bu birləşmənin reallaşamasına mane ola bilib. 

Adı ölkənin ən korrupsiyalaşmış qurumları sırasında çəkilən sözügedən ASC-nin birləşməsini  həmin vaxt iqtidara yaxın Milli Məclis üzvləri də müdafiə edirdilər. 

Xatırladaq ki, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi adlandırılan qurumun adı 1993-cü ildə Respublika Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılıb. 23 oktyabr 2004-cü il tarixdə Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar göstərilən Komitə ləğv edilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi yaradılıb.

Meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Meliorasiya və Su Təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 fevral 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

"Respublikada su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir" ¬– deyə Qaynarinfo-ya məlumat verən mənbənin sözlərinə görə,  "Azərsu" ASC-nin mövcud olduğu  vəziyyətdə bu heç bir məntiqə sığmır. 

O da bildirilir ki: "Adıçəkilən qurumun indiyədək öz varlığını qoruyub-saxlaması sözügedən ASC sədri Əhməd Əhmədzadənin şəxsi nüfuzu sayəsində mümkün olub. Lakin təqaüd yaşına çatmış  bir sıra nüfuzlu məmurlarınm işindən kənarlaşdırıldığı bir şəraitdə artıq bir neçə il əvvəldən təklif olunan həmin birləşmənin baş tutması da tamamilə realdır".

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...